Uşaqların öz dünyası var. Bu dünya macəralarla dolu, rəngarəng xəyallar dünyasıdır. Barbarisso Sizə və kiçik qəhrəmanınıza həmin dünyaya birgə daxil olmaq şansı verir. Yalnız Azərbaycanda deyil, Cənubi Qafqazda da analoqu olmayan bu salon, rəngarəng atmosferi və gözəl tərtibatı ilə təkcə övladlarınızın deyil, həm də Sizin zövqünüzü oxşayacaq.
Barbarisso salonu bir neçə hissədən ibarətdir: Övladlarınıza onların xəyalındakı saç düzümünü yaradan – Salon. Övladlarınızla birgə vaxt keçirə biləcəyiniz və ya onları gözləyərkən dincələ biləcəyiniz – Kafe. Ən əsası, övladlarınıza istədiyi qəhrəmana çevrilmək şansı verən – Maskarad otağı.
Barbarissoda sizin balacalarınız oyunlar oynaya, animasiya filmləri izləyə və onlar üçün xüsusi hazırlanmış şirniyyatlardan dada bilərlər. Ən vacibi odur ki, Siz, balacaların burada tamamilə güvəndə və öz işinin peşəkarları ilə əhatə olunduğundan əmin olacaqsınız. Çünki bizim işçilərimiz peşəkarlıqları ilə yanaşı, həm də uşaqlarla ünsiyyət qurmağı və onların etibarını qazanmağı bacaran psixoloqlardır. Bir sözlə, bura sizin övladlarınızın xəyallarındakı dünyadır, Barbarissoya gəlməklə Siz də özünüzü bu dünyanın bir parçası kimi hiss edin.