Bu şampunlarla balacalarınızın saçları anında yumuşaqlıq qazanacaq. Həssas tərkibi ilə saçları təmizləyəcək və körpənizin saçlarına göz qamaşdıran parlaqlıq verəcək. Tərkibi bitki ekstraktları və C vitamini ilə zəngindir. Zərərsiz olması ilə yanaşı, həm də gözəl ətirə malikdir.
Məşhur Qarlar ölkəsi cizgi filmindən sonra, onun qəhrəmanlarını dünyanın hər yerindən uşaqlar çox sevməyə başladı. Bu cizgi filmdən təsirlənərək uşaqlar üçün sevimli qəhrəmanları ilə dizayn edilmiş bir çox məhsullar hazırlandı. Siz bu məhsulları salonumuzdan əldə edə bilərsiniz.
Bu brendə məxsus uşaq ətirlərini, maye sabunları, dodaq balzamlarını və şampunları salonumuzdan əldə edə bilərsiniz. Şəkər ətirli, göz yandırmayan və hipoallergik tərkibli bu məhsullar həm də forması ilə balacanızın sevimlisinə çevriləcək. Gündəlik istifadəyə yararlı olub yüngül və zərifdir.
AVON şirkətinin uşaqlar üçün hazırladığı təbii və əyləncəli məhsullar. Bunlar müxtəlif, şirin, meyvə ətirli və kimyəvi zərərsizdir. Körpənizin dərisini qıcıqlandırmadan, zərif şəkildə təmizləyir. Şampunları isə körpənizin gözlərini yandırmadan saç yumağı onlar üçün əyləncəli bir oyuna çevirir.
Milk shake şampunları istənilən növ saçlar üçün istifadə olunur. Tərkibi meyvə ekstraktları, süd proteinlərindən ibarət olub, çox gözəl qoxuya malikdir. Bu şampunlar saçları zərif şəkildə təmizləməklə, saç diblərinə də müalicəvi təsir göstərir.
Bu növ daraqlar bir çox sertifikatların sahibidir. Tamamilə ağrısızdır, çünki körpənin saçlarını çəkmədən hamarlandırır. Barbarisso komandası körpələriniz üçün hər zaman axtarışdadır və hər bir xırda işdə belə onların qayğısına qalır.