az
ru

Nail art

Al-əlvan və dəbli dırnaqlar hər bir yaşda olan qızların arzusudur. Amma yaxşı olar ki, bu işi peşəkarlara etibar edəsiniz. Nəticədə övladınız özünü şahzadə kimi hiss edəcək və balaca əlləri heç bir zərərli təsirə məruz qalmayacaq.
Uşaq maniküründə bir neçə formada olan dırnaq boyalarından istifadə edilir:
1. Dırnaqlarını yeməyi adət etmiş uşaqlar üçün xüsusi olaraq Almaniya istehsalı olan acı dırnaq boyaları hazırlanmışdır və kimyəvi tərkibə malik deyildir. 3 seansa problem aradan qaldırılır. Müsbət cəhəti isə ondan ibarətdir ki, balacanızın dırnaqları gözəl görünməklə yanaşı həm də övladınız zərərli vərdişindən qurtulmuş olur.
2. Xüsusi uşaq dırnaq boyası uşaqların sağlamlığı üçün tamamilə zərərsiz olub elə ilk su ilə təmasdan sonra silinməyə başlayır. Əksər valideynlər bu boyaya üstünlük verirlər. Çünki, təmizləmək üçün heç bir kimyəvi maddəyə ehtiyac duyulmur və eyni zamanda sizin balaca şahzadəniz rəngarəng dırnaqlara qovuşmuş olur.
3. Nisbətən böyük yaş qrupları üçün adi dırnaq boyası ilə edilən manikür daha uzun zaman dırnaqlarda qalır və təmizləmək üçün xüsusi təmizləyiciyə ehtiyac duyulur.