az
ru

Xidmətlər

Bərbər

Qayçı-daraq və bir az da sehrin köməyilə bizim əməkdaşlarımız övladlarınızı nağıllar dünyasına aparacaq. Gülərüz və gənc ustalar balaca qəhrəmanınızı darıxmağa qoymayacaq. Onlar evinizdəki kimi rahat olacaqlar,cizgi filmləri seyr edəcəklər. İlk saç kəsiminə gələn körpələr isə özlərini daha rahat hiss edə bilsinlər deyə bu təcrübəni valideyni ilə birgə yaşaya bilərlər.

Ətraflı oxu
Pirsing

Qulaqların deşilməsi dünyaca məşhur və müasir CAFLON sistemi ilə həyata keçirilir. Bu sistemə təhlükəsiz,xüsusi CAFLON iynələri və sırğaları daxildir. Deşilmiş hissə sağalanadək sırğalar qulaqda saxlanmalıdır. Sonra isə istənilən sırğa ilə əvəz edə bilərsiniz.

Ətraflı oxu
Nail art

Al-əlvan və dəbli dırnaqlar hər bir yaşda olan qızların arzusudur. Amma yaxşı olar ki, bu işi peşəkarlara etibar edəsiniz. Nəticədə övladınız özünü şahzadə kimi hiss edəcək və balaca əlləri heç bir zərərli təsirə məruz qalmayacaq. Uşaq maniküründə bir neçə formada olan dırnaq boyalarından istifadə edilir:

Ətraflı oxu
Face art

Face Art - balacalarınızın xəyallarını reallığa çevirmək üçün su əsaslı, hipoallergenik boyalarla çəkilən rəsmlərdir. Bir neçə fırça hərəkəti və ustalarımızın bənzərsiz əl qabiliyyəti ilə uşaqlarınız sevimli qəhrəmanına çevriləcək. Bu həyəcan, övladlarınızın üzündəki gülüş və gözlərindəki parıltıdan daha aydın hiss olunacaq.

Ətraflı oxu
VIP servis

Barbarissonun xoş, gülərüz və enerjili komandası bizim salonda və sifariş etdiyiniz ünvanda (ev, ofis, bağ evi) sizin arzularınızı (saç kəsimi, pirsinq) böyük məmnuniyyətlə yerinə yetirməyə hazırdı. Əmin ola bilərsiniz ki, Barbarisso sizin və övladlarınızın arzularını tam xəyalınıza uyğun həyata keçirəcək yeganə məkandır. 

Ətraflı oxu
Cafe

Siz Barbarisso kafesində isti vafli, qəhvə, çay və müxtəlif içkilər sifariş edə bilərsiniz. Menyuya həmçinin isti şokolad, dondurma, giləmeyvə, müxtəlif siroplar və meyvələrlə ləzzətləndirilmiş Vyana vaflisi də daxildir. Şəhərimizin şirniyyat sevənləri üçün, Barbarisso çatdırılma xidməti də təklif edir. Siz bizə gələ bilməsəniz də biz ləziz şirniyyatlarımızla sizin və övladlarınızın yanında olacağıq.

Ətraflı oxu